
Hakim İnqilab icraatında olan prosesdə hökmün qüvvədə saxlanılmasına qərar verilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimli 10 il müddətinə azadlıqdan məhrum edilib. Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib.
Tehsil-press.az