Livanın paytaxtı Beyrut yaxınlığında yerləşən Damur şəhərində qeyri-adi Milad ağacı qurulub. Səkkiz metr hündürlüyündə ağacın quraşdırılması üçün ümumi çəkisi 1200 kiloqram olan 5 min ədəd banandan istifadə edilib. Bananlar yetişəndən sonra şəhər rəhbərliyi bütün meyvələri Damur sakinlərinə bağışlamağı planlaşdırır. Tehsil-press.az