UNEC-in tələbələrindən qeyri-adi Novruz sovqatı

UNEC-in tələbələrindən qeyri-adi Novruz sovqatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda, qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi davam edir.
Layihə çərçivəsində Gəncə şəhər Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının fəal gənclərindən ibarət könüllülərin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sindən ibarət beş min kitab şəhər sakinlərinə hədiyyə edilib.
UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ötən il tələbə könüllülər uşaq ədəbiyyatı, şeir və romandan ibarət on min kitabı Bakı, Gəncə və Abşeron sakinlərinə hədiyyə olaraq paylayıblar.

UNEC-in Mətbuat Xidməti


UNEC-in tələbələrindən qeyri-adi Novruz sovqatı

Oxşar xəbərlər