
Hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb.
Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.
Araşdırma aparılır.
***
Bu gün saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxsin kimliyi müəyyən olunub.
Onun Lerik rayon sakini,1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu olduğu bəlli olub.
M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.
Hazırda meyitin axtarışları davam etdirilir.
O, özünü atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub.
Tehsil-press.az