ATU-da 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir

ATU-da 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir Yanvarın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı Kitabxanasında 20 Yanvar şəhidlərinin anım günü qeyd olunub.
Tədbiri açan elmi işlər üzrə prorektor Rauf Bəylərov 20 Yanvar faciəsi ilə bağlı respublikada silsilə tədbirlərin keçirildiyini qeyd edib. Həmin günlərdə həm Azərbaycan icimaiyyətinin, həm də Tibb Universitetinin əməkdaşlarının müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Doğrudur, 1990-ı ildə mən Azərbaycanda olmamışam. O zaman Moskvada təhsil alan və işləyən həmyerlilərimlə birgə faciəni törədənlərə qarşı etiraz səsimizi ucaltmışıq. Ulu öndə Heydər Əliyev faciə gününün səhəri öz yaxınları ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmişdi. Ulu öndər öz çıxışında törədilən qırğınları pislədi və qırğına imza atanlara qəti narazılığını bildirərək. Moskva rəhbərliyini sərt şəkildə tənqid etdi. Öz cəsarətli çıxışı və mövqeyi ilə Azərbaycan xalıqını öz ətrafında birləşdirdi. İstərdim ki, o zaman müstəqillik uğrunda şəhid olanlar tərəfimizdən bir daha xatırlansın və ruhları bir dəqiqəlik sükutla yad edilsin”.
Universitetin Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova da öz çıxışında faciə baş verən gecə sovet hərbi qoşunlarının heç bir xəbərdarlıq etmədən ağır və zirehli texnikan ilə dinc əhalinin üzərinə hücuma keçdiyini, günahsız insanları qanlarına qəltan etdiyini ürəkağrısı ilə vurğulayıb. Nəticədə 147 nəfər dinc əhalinin qətlə yetirildiyini 744 nəfərin ağır yaralandığını, xeyli sayda vətəndaşların itkin düşdüyünü, 847 nəfərin həbs olunduğunu və həbsxanalarda işgəncələrə məruz qaldığını bildirib. Bu qanlı faciəyə dünya ictimaiyyətinin hələ də biganə yanaşdığını təəsüf hissi ilə qeyd edib.
İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Fəxrəddin Məmmədov isə öz çıxışında 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib və prosesləri geniş şəkildə işıqlandırıb. Erməni təxribatlarına cavab olaraq başlanan Milli Azadlıq Hərəkatını boğmaq məqsədi ilə Moskva rəhbərliyinin Azərbaycan xalqını cəzalandırmaq üçün belə bir qanlı faciəyə imza atdığını bildirib. Faciəni törətmək üçün hazırlanan “Tayfun” əməliyyatını yanvarın 19-dan 20-nə keçən gecə həyata keçirildiyindən geniş söhbət açıb.
F.Məmmmədov Qanlı Yanvar gününü ağır gün adlandırmaqla yanaşı, həm də bu günü tariximizim şərəfli səhifələrindən hesab etdiyini vurğulayıb:” Şəhidlərimiz Azərbaycan tarixinə həmin gün “azadlıq” sözünü öz qanları ilə yazdılar. 20 Yanvar xalqımızın həm də qürur günüdür.”
İctimai fənnlər kafedrasının dosenti, Elbrus Sadıqov da Milli Azadlıq Hərəkatının mütşəkkil olmasına, dinc sakinlərin heç bir zirehli texnikadan qorxmadan erməni təxribatının qarşısını almaq istəməyən Moskvaya etiraz etməsi məsələsinə toxunub. O zaman tibb universitetinin tələbəsi kimi etiraz aksiyalarına qoşulduqlarına və tələbələrin bu hərəkatda və faciə günü yaralılara necə kömək ertməsindən söhbət açıb.
Natiqlər öz çıxışlarında xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin heç zaman unudulmadığını, hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

Hikmət Əliyev


ATU-da 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir ATU-da 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir

Oxşar xəbərlər