Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Sosial elmlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva 20 Yanvar faciəsinin Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Azərbaycanın müstəqilliyinin çoxlu qurbanlar hesabına əldə edildiyini vurğulayıb.
Adıçəkilən kafedranın professoru Məhəmməd Teymurlu faciə haqqında öz fikirlərini iştirakçılarla bölüşüb. Qanlı olay nəticəsində yüzlərlə günahsız insanın həyatını itirdiyini söyləyən professor imperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyib. O, tələbəmizin meydan hərəkatında iştirakından və vətənpərvərliyindən söz açıb. M.Teymurlu vətənin azadlığı uğrunda şəhid olanların qanlı günü şanlı günə çevirdiyini sözlərinə əlavə edib.
Sonra kafedranın dosenti Şəlalə Bağırova 20 Yanvar faciəsinin Azərbaycan tarixində istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu diqqətə çatdırıb. O, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyini bildirib. Ş.Bağırova Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 Yanvar faciəsinə qarşı kəskin etirazını bildirdiyini, onu törəndələri ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini diqqətə çatdırıb.
Daha sonra kafedranın baş müəllimi Namiq Kərimov Azərbaycan xalqına qarşı törədilmiş cinayətin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmadığını söyləyib. O, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayətin xalq kütlələrini daha da birləşdirdiyini və milli-azadlıq hərəkatını gücləndirdiyini qeyd edib. N.Kərimov bildirib ki, milli-azadlıq hərəkatı SSRİ-nin dağılmasını surətləndirən amillərdən biri olub.
ADU-nun Mətbuat Xidməti