İnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

İnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib Yanvarın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar. Unitmadıq, unutmayacağıq!” adlı tədbir keçirilib. Fakültənin foyesində tələbələrin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə maraqlı kompozisiya hazırlanıb.
Fakültənin dekanı Hikmət Məmmədov tədbiri giriş sözüylə açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayan H.Məmmədov qeyd edib ki, həmin günlərdən 27 il keçsə də, bu faciə xalqın yaddaşından silinə bilməz. Dekan bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədən sovet ordusu azadlıq arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, müstəqil gələcək arzularını tankların tırtılları altında əzmək istədi. “Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Bu gün biz qüdrətli, müstəqil dövlətik”.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 20 Yanvar faciəsini uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix kimi dəyərləndirib. “Bu tarix Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli fəxarət, şərafət günüdür. 20 Yanvar faciəsindən 27 il ötür, ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Biz həmişə dərin hörmət və sevgiylə şəhidlərimizi anırıq, onların xatirəsini uca tuturuq ”. Rektor belə bir günün fəxrlə anılmasının vacib olduğunu bildirib, İnşaat fakültəsi tələbələrinin 20 Yanvar faciəsinin, şəhidlərin anılması təşəbbüsünü alqışlayıb, onlara təşəkkürünü bildirb.
Çıxışlardan sonra AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektorlar, professor- müəllim heyəti, ictimai təşkilatların nümayəndələri, tələbə fəalları şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyanın önünə qərənfil dəstələri düzüblər.

AzMİU-nun Mətbut Xidməti


İnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilibİnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilibİnşaat fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər