16 yaşlı qızı qaçırdılar

16 yaşlı qızı qaçırdılar Bərdə rayonunda məktəbli qız evlənmək məqsədilə qaçırılıb.
Hadisə rayonun Lənbəran kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Əzizov Nəcməddin Cəmaləddin oğlu həmkəndlisi 2002-ci il təvəllüdlü H.M-ni qaçırıb. H.M. ailə qurmaq məqsədi ilə N.Əzizova qoşulub qaçsa da, ailə bu izdivaca narazıdır.
Lənbəran kənd icra nümayəndəsi Qaraş Hacıyev deyib ki, cütlüyün axtarışı davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər