Göyçayda ər arvadını bıçaqlayıb "xəstəxanalıq" etdi

Göyçayda ər arvadını bıçaqlayıb Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib. Hadisə rayonun Kürdəmiş kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsiklə cinayət işi başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər