Oliqarxlar vətənə qayıda bilmək üçün Putinə yalvarır

Oliqarxlar vətənə qayıda bilmək üçün Putinə yalvarır "The Times", "The Mail" və bir sıra başqa Britaniya qəzetlərinin yazdığına görə, bu ölkədəki Rusiya milyarderləri öz vətənlərinə həbs olunmaq qorxusu olmadan qayıtmaq üçün prezident Vladimir Putinə yalvarırlar.
İnanıldığına görə, indiyədək 10-dan çox oliqarx Kremllə əlaqə saxlayaraq, vaxtilə qaçaq düşdükləri vətənə qayıtmaq imkanı barədə danışıqlar aparıb. Bu hadisələr Britaniyada korrupsiyada şübhəli bilinən şəxslərin sərvəti üçün təhlükə yaradan qanunun qüvvəyə minməsindən sonra baş verir.
Rusiyanın biznes çarlarından Boris Titov deyib ki, qayıtmaq istəyənlərin siyahısı prezidentə verilib və bu siyahıdakıların əksəriyyəti Rusiyadan həbs olunmaları ərəfəsində qaçmağa müvəffəq olanlardır.
Üstəlik bu siyahının hələlik tam olmadığı xəbər verilir. TASS dövlət xəbər agentliyinin yazdığına görə, vətənə qayıtmaq istəyənlərin sayı artmaqdadır. Bu da qeyd olunur ki, bəzi adamlar vətənə qaytımaq imkanı olmadan onilliklərlə xaricdə qalırlar.

Oliqarxlar vətənə qayıda bilmək üçün Putinə yalvarır

Bəzi hallarda onların adları Interpolun siyahısından çıxarılsa da, onların barəsində Rusiyada açılmış cinayət işləri qüvvədə qalır.Ötən həftə elan edilmişdi ki, korrupsiyada şübhəli bilinən Rusiya oliqarxlarından Britaniyada keçirdikləri dəbdəbəli həyat üçün gəlir mənbələri soruşulacaq.
Britaniyanın təhlükəsizlik naziri Ben Wallace "Birləşmiş Krallıqdan sərvətlərini gizlətmək üçün istifadə edən xarici kriminallara və korrupsiyalı siyasətçilərə" qarşı qanunun gücündən tam istifadə ediləcəyini bildirib.
Britaniya qanununa edilmiş əlavə "izaholunmaz sərvət" qaydası adlanır. Bu qanun dəyişikliyi şübhəli mülklərin müsadirə olunmasına imkan verir.
"The Times" qəzetinə müsahibəsində cənab Wallace əcnəbi korrupsiyaçılara müracətlə deyib: "Biz sizi müəyyən edən kimi sizdən sərvətinizin hardan gəldiyini xəbər alacağıq və ətraf mühiti sizin yaşamağınız üçün çətinləşdirəcəyik".

Oliqarxlar vətənə qayıda bilmək üçün Putinə yalvarır

Bu qanun dəyişikliyi qəbul edilməzdən az əvvəl BBC-nin McMafia adlı teleserialı efirə verilmişdi. Bu filmdə söhbət Rusiya qanqsterlərinin və supervarlıların həyatından gedirdi.
Rusiyada yayılan bəzi xəbərlərə görə, Titov ötən şənbə günü Londonda 40-dək biznes adamı ilə görüş keçirib. Bu görüşdə iştirak edənlərin sözü gedən siyahıda olub-olmadıqları məlum deyil.
Lakin bunların arasında mobil rabitə maqnatı Yevgeni Çiçvarkinin olduğu məlumdur. O, Rusiyada adam oğurluğu və reketdə ittiham olunarkən ölkədən qaça bilib.
100 ən zəngin rusiyalının siyahısında yer alan Georgi Trefilov fırıldaqçılıqda ittiham olunur, lakin hazırda İngiltərənin paytaxtında yaşayır.
Trefilov iddia edir ki, ona qarşı siyasi motivli ittihamlara 2011-ci ildə xitam verilib. Bundan əvvəl onun ekstradisya edilməsi barədə Rusiyanın ricası Britaniya məhkəməsi tərəfindən rədd edilib.
O, 2013-cü ildə sərhədi saxta pasport və vətəndaşlıq vəsiqəsi ilə keçməyə cəhd göstərərkən Londonun Gatwick hava limanında həbs edilib. Bununla əlaqədar ona 18 ay şərti cəza kəsilib. (BBC)

Tehsil-press.az

Oxşar xəbərlər