Danimarkanın 83 yaşlı şahzadəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Danimarkanın 83 yaşlı şahzadəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR Ötən gün axşam saatlarında Danimarka kraliçası Marqretenin həyat yoldaşı şahzadə II Henrixin ölümü ilə bağlı təfərrüatlar məlum olub. Trend-in məlumatına görə, şahzadənin vəfatı ilə bağlı Danimarka Kral Sarayının mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, şahzadə fevralın 13-də axşam saatlarında 83 yaşında dünyasını dəyişib. Ölərkən yanında kraliça və iki oğlu olub.
Qeyd olunur ki, o, hələ iki həftə öncə Misirdə olarkən özünü pis hiss etmiş və ölkəsinə müalicəyə gətirilmişdir.
Müayinə zamanı şahzadədə xoşxassəli şiş aşkar edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər