Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib. Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib. Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq. Allah rəhmət eləsin!