Şahzadə Obamanı "xalat"da qarşıladı

Şahzadə Obamanı ABŞ prezidenti Britaniya kraliçası 2-ci Yelizavetanın qonağı olub.

ABŞ prezidenti Barak Obama Britaniyaya səfəri zamanı xanımı Mişel Obama ilə birlikdə Kensinqton sarayında Britaniya kraliçası 2-ci Yelizavetanın qonağı olub. Tehsil-press.az-ın məlumatına görə, Obama ailəsini Britaniya kraliçası 2-ci Yelizaveta və onun həyat yoldaşı, şahzadə Filipp qarşılayıblar.
Kensinqton sarayında Barak və Mişel Obamalar Kembric hersoqu, şahzadə Uilyam, onun xanımı Kembric hersoginyası Keyt Middltonla görüşüblər. Görüşdə şahzadə Uilyamın qardaşı Harri də iştirak edib. Görüşün ən maraqlı anı Obama cütlüyünün 2 yaşlı şahzadə Corc ilə görüşü olub. Balaca şahzadənin yatmaq vaxtı olduğu üçün o, gecə geyimində olub. Corc Barak Obamanın 2 il əvvəl ona hədiyyə aldığı atın üstündə prezidenti qarşılayıb. Şahzadə Corc ata görə Barak Obamaya təşəkkür edib.

tehsil-press.az

Oxşar xəbərlər