Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Təhsil-press.az

Oxşar xəbərlər