Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Tofiq Quliyevin əsərlərini səsləndiriblər

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Tofiq Quliyevin əsərlərini səsləndiriblər Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Konsertdən əvvəl BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova görkəmli bəstəkarın Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edib. Məktəbin direktoru, həmçinin onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğunu da vurğulayıb.
Konsertdə BXA-nın tələbələri bəstəkarın “Dörd dost”, “Sənə də qalmaz”, “Axşam oldu”, “Marş”, “Bakı nəğməsi” və digər əsərlərini səsləndiriblər.

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Tofiq Quliyevin əsərlərini səsləndiriblər

Tehsil-press.az

Oxşar xəbərlər