
Seminarda bu ali təhsil müəssisəsinin bakalavriat və magistratura şöbəsinin müdiri Apdin Əlizadə, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Xoreoqrafiya Akademiyasının fəaliyyəti, keçdiyi tarixi inkişaf yolu, uğur və nailiyyətləri, buradakı tədris prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, cari tədris ilində BXA-da ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır.
Tədbirdə suallar cavablandırılıb, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
BXA-nın Mətbuat Xidməti