Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilib Sumqayıt şəhər N.Nərimanov mədəniyyət mərkəzində C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hesabat konserti və əl işlərindən ibarət sərgi kecirilib. Konsertdə Ceyhun Ömərovun rəhbərlik etdiyi "Gənclər" instrumental ansablının solistləri Vüsal İsgəndərov, Pənah Məmmədli, Ravil Əliyevin ifasında şən mahnılar, meyxanaçılar Elnur Ağdamlı və Məhəmməd Fədanın ifaları maraqla dinlənilib. Eldar Nəsirlinin "Turan" milli rəqs qrupunun üzvlərinin nümayiş etdirdikləri rəqslər və kompozisiya alqışlarla qarşılanıb. Sərgidə Seyidbacı Aslanova, Xuraman Həsənova, Nicat Xuduyev, Zümrüd Məmmədovanın əl işləri nümayiş etdirilib.
Q.Qarayev adına uşaq musiqi məktəbində bəstəkar Fikrət Əmirovun 95, bəstəkar-dirijor Niyazinin 105 illik yubiley tədbirləri keçirilib. Konsertdə bəstəkarların əsərləri səslənib. Məktəbin fortepiano, violin, xanəndə şöbələrinin şagird və müəllimlərinin ifasında səslənən əsərlər maraqla dinlənilib.
Məktəbdə daha bir tədbir isə fortepano sinfinin 1-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə münasibətilə keçirilən tədbirdə vətənpərvərlik ruhunda və bayram əhval-ruhiyyəli mahnılar oxunub.
Xızı rayon Uşaq Musiqi Məktəbində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xızı rayon Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri və fortepiano şöbəsinin şagirdləri Tofiq Quliyevin əsərlərini ifa ediblər.
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində də bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Nəzəriyyəçilər - Arzu Şükürova və Mətanət Əhmədova tərəfindən hazırlanıb. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, ömür yolundan bəhs edən və musiqi bəstələdiyi kinofilmlərdən fraqmentlər əks olunan videoçarx nümayiş olunub. Məktəbin fortepiano, ansambl və müşayiət, xalq çalğı alətləri, o cümlədən, simli alətlər şöbələri, xanəndəlik və vokal sinfinin şagirdlərinin ifasında bəstəkarın əsərləri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində  Silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər