Unudulmaz bəstəkar Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərib

Unudulmaz bəstəkar Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli bəstəkar, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş, tələbələrin birinci ifaçılıq və yaradıcılıq müsabiqəsinin qaliblərinin konserti keçirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında bu il fevralın 7-də Sərəncam imzaladığını xatırladıb. Yaradıcılıq müsabiqəsinin bu Sərəncama uyğun təşkil olunduğunu diqqətə çatdıran rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına yüksək qiymət verib. Unudulmaz bəstəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərib. Onun yüksək səviyyəli musiqi əsərləri həyatımızın bir hissəsinə çevrilib.
Müsabiqə barədə məlumat verən professor C.Cəfərov qeyd edib ki, iki mərhələdən ibarət olan yarışma instrumental ifaçılığı (fortepiano, tar), vokal ifaçılığı və rəsm nominasiyaları üzrə keçirilib. Qaliblər mükafatlandırılıb. Digər iştirakçılara diplomlar verilib.
Konsertdə T.Quliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. ADPU-nun və digər ali təhsil müəssisələrinin tələbə gəncləri bəstəkarın mahnılarını ifa ediblər.

ADPU-nun Mətbuat Xidməti


Unudulmaz bəstəkar Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstəribUnudulmaz bəstəkar Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərib

Oxşar xəbərlər