
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə telefonların satıldığı şəxslər müəyyən edilərək satılmış mobil telefonlar onlardan maddi sübüt kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı barələrində Şabran RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Tehsil-press.az