Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə martın 10-da növbəti sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Tehsil-press.az-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək sınaq imtahanı saat 10:00-da başlanacaq. Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron üsulla verəcəklər. İmtahanda iştirak üçün online qeydiyyat martın 10-da saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər