Yanvarın 14-də TOEFL imtahanı keçiriləcək

Yanvarın 14-də TOEFL imtahanı keçiriləcək Yanvarın 14-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçiriləcək.
DİM-dən tehsil-press.az-a bildiriblər ki, imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 8.00-da başlanacaq. İştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar.
DİM test mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti TOEFL® imtahanlarının tarixlər DİM-in internet saytında verilib.
Linkdə təqdim edilən məlumatla tanış olmaqla TOEFL® imtahanına qeydiyyatdan keçmək mümkündür: http://tqdk.gov.az/exam/toefl/

Tehsil-press.az

Oxşar xəbərlər