Bakı kilsəsində Pasxa bayramı belə qeyd olundu

Bakı kilsəsində Pasxa bayramı belə qeyd olundu Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilib.
Dindarlar bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər.
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.
Mərasimdən çəkilən fotoları təqdim edirik:

Bakı kilsəsində Pasxa bayramı belə qeyd olunduBakı kilsəsində Pasxa bayramı belə qeyd olunduBakı kilsəsində Pasxa bayramı belə qeyd olunduBakı kilsəsində Pasxa bayramı belə qeyd olunduBakı kilsəsində Pasxa bayramı belə qeyd olunduBakı kilsəsində Pasxa bayramı belə qeyd olundu

Tehsil-press.az

Oxşar xəbərlər