Azərbaycan prezidenti xalqa müraciət etdi

Azərbaycan prezidenti xalqa müraciət etdi Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.
Dövlət başçısı ona səs verən hər kəsə təşəkkür edib:
“Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərdi. Bu etimada, böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirirəm.Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir”.
İlham Əliyev qeyd edib ki, aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: “Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələrindən biridir: “Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.

Tehsil-press.az

Oxşar xəbərlər