Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır.
Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərmişdir: "Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstəriş verdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz – bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik".
İlham Əliyev vurğulayıb ki, Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər: "Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də - aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir. Bu gün isə tarixi bir gündür. Ona görə ki, o vaxt dağıdılmış evin yerində yenidən bu gözəl evin tikilməsi, digər evlərin tikilməsi, bərpası çox rəmzi məna daşıyır. Bu, bizim növbəti qələbəmizdir. Ermənilər Dağlıq Qarabağda zəbt etdikləri torpaqlardan qaçaraq orada nəinki binaları təmir edə, heç cürət edib o yerlərə qayıda bilmirlər. Biz isə bütün bu işləri qısa müddət ərzində gördük. Nəyə görə? Çünki biz xalqımızın rifah halının yaxşılaşması üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır. Əvvəlki illərdə də təbii fəlakətlər olub, zəlzələlər, daşqınlar baş verib. O hadisələr vaxtı da Azərbaycan dövləti vəsait ayırırdı. Həmin vəsait hesabına bütün evlər - minlərlə, bəlkə də on minlərlə ev bərpa edildi, yenidən tikildi. Bu dəfə də təkcə Tərtər və Ağdam rayonlarında mindən çox ev təmir edildi və tikildi".
Prezident bildirib ki, Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: "Çünki Ağdam rayonunun böyük hissəsi işğal altındadır və bizim nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılmalıdır. Son illər ərzində Ağdamda 18 köçkün qəsəbəsi tikilib. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda qaçqın-köçkün şəhərciyi anlayışı yoxdur. Bu gün Ağdamda 90 mindən çox əhali yaşayır. Bu da çox yaxşı, sevindirici haldır. Digər bölgələrdə məskunlaşmış vətəndaşlar qayıdır. Onlar üçün şərait yaradılır. İstərdim ki, daha çox ağdamlı qayıtsın. Dövlət öz dəstəyini göstərəcək".
Tehsil-press.az