Prezident İlham Əliyev: Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir

Prezident İlham Əliyev: Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir.

Tehsil-press.az-n məlumatına görə, bunu Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir.
Dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur".
Prezident bildirib ki, bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb.
Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm".


Tehsil-press.az

Oxşar xəbərlər