Daha bir abituriyent az bal yığdığı üçün intihar etdi - Yenə Sumqayıtda

Daha bir abituriyent az bal yığdığı üçün intihar etdi - Yenə Sumqayıtda Bu gün Sumqayıt şəhərində daha bir abituriyent özünü ataraq intihar edib.
17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.
F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər