Layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir. Layihə çərçivəsində tələbələrə onun publisistik yaradıcılığı, redaksiya fəaliyyəti və milli mətbuatın inkişafına verdiyi töhfələr haqqında dolğun məlumat çatdırılacaq, jurnalistikanın peşə etikası və milli dəyərlər kontekstində formalaşmasının əhəmiyyəti izah olunacaq.
Aprelin 9-u layihənin açılış tədbiri keçiriləcək.
Tehsil-press.az








