Hindistanda 9 nəfər Nipah virusuna yoluxaraq ölüb

Hindistanda 9 nəfər Nipah virusuna yoluxaraq ölüb Hindistanın cənub-qərbindəki Kerala ştatında 9 nəfər Nipah virusuna yoluxaraq ölüb.
Bu barədə yerli hökumət orqanları bildirib.
Analizlər 3 nəfərin virusa yoluxduğunu təsdiqləyib, digər 6 ölənin qan nümunələri isə hələ yoxlanılır.
Hindistanın Kojikode şəhərində isə bu infeksiyanın əlamətləri ilə 25 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Nipah virusu (NIV) ən təhlükəli 10 yoluxucu xəstəliklərin siyahısına başçılıq edir. Ümumdünya Səhiyyə Təşkilatına son dərəcə narahatlıq verən bu həddən artıq təhlükəli virusa qarşı peyvənd yoxdur, yoluxan xəstələrin 70%-i ölür.

Tehsil-press.az

Oxşar xəbərlər