BSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunub

BSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunub 31may 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub. Qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medala Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib.
Mahmud Kaşqari adına Beynəlxalq Fondunun prezidenti, şair Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildiribki, N.Əliyevanın pedoqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli–mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.
Fondun prezidenti Bakı Slavyan Universitetinin ölkənin nümunəvi ali məktəblərindən olduğunu xüsusi qeyd edib.
BSU rektoru, professor N.Əliyeva cavab niqində Mahmud Kaşqari adına Beynəlxalq Fondunun rəhbərliyinə minnətdarliq bildirməklə yanaşi, bu mükafatin onun üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. O, deyib ki, bundan sonra iki qat əzmlə çalışmalı olacaq. BSU rektoru həm də mükafatın təkcə ona deyil, bütün universitetə aid olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il mükafata layiq görülənlər sırasında AMEA-nın Humanitar Elmlər Bölməsinin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimli və Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov da var.

BSU-nun Mətbuat Xidməti


BSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunubBSU rektoruna Mahmud Kaşqari adına beynəlxal mükafat təqdim olunub

Oxşar xəbərlər