Toy karvanında “avtoşluq” edən sürücü tutuldu - Video

Toy karvanında “avtoşluq” edən sürücü tutuldu - Video Qusar rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq sürücü aşkarlanıb və barəsində müvafiq tədbir görülüb.
Məlumatda bildirilir ki, 21 iyul 2018-ci il tarixində Qədimov Məhəmməd Qulu oğlu idarə etdiyi 10 XO 038 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Qusar rayonunda keçirilən toy mərasimi zamanı avtoxuliqanlıq etdiyinə görə bu gün onun barəsində İXM-nin 511.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin protokola əsasən M. Qədimova məhkəmə tərəfindən 15 gün həbs verilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.



Tehsil-press.az

Oxşar xəbərlər