Bakıda tanınmış biznesmenin oğlu 24 yaşlı qızı “Porshe”lə vurub öldürdü

Bakıda tanınmış biznesmenin oğlu 24 yaşlı qızı “Porshe”lə vurub öldürdü Bakıda dövlət nömrə nişanı 99 BS 999 olan “Porshe Magnum” markalı ciplə 24 yaşlı gənc qızın vurularaq öldürülməsinə dair yeni təfərrüatlar məlum olub.

Təhsil-press.az xəbər verir ki, hadisəni törədən sürücü Ağaəli Fərəcov Bakıda tanınmış iş adamının oğludur. O, hadisəni Bakıxanıv qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətində gedən yolda avtomobili yüksək sürətlə idarə edərkən törədib və hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanları kamera görüntülərinə əsasən piyada Xəyalə Məmmədovanı vuran avtomobili qısa zamanda müəyyən ediblər və sürücünü saxlayıblar.
Məlum olub ki, hadisəni törədən sürücü Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. Və 99 BS 999 nömrə nişanlı “Porshe” Bakının “bərk gedən avtomobilləri” arasında məşhurdur və avtomobilin çoxsaylı fotolarına sosial şəbəkələrdə rast gəlmək olar. Bu ailənin “Porshe Panamera” markalı digər avtomobili də var.
Bakıdakı "MOHİTO" və "PARODİZ"restoran- klubları Fərəcovlar ailəsinə məxsusdur.
Sosial şəbəkələrdə qəza törədən Ağaəli Fərəcovun dəfələrlə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi və buna görə polis tərəfindən saxlandığı bildirilir.O, “Alik -999” (nAxCı 85 99-BS-999) niki ilə qeydiyyatdan keçdiyi İnstagram səhifəsində də bu avtomobilin fotoşəkillərini paylaşıb.

Təhsil-press.az

Oxşar xəbərlər