Əli Həsənovun nəvəsi azadlığa çıxıb? - Vəkilindən açıqlama+ Yenilənib

Əli Həsənovun nəvəsi azadlığa çıxıb? - Vəkilindən açıqlama+ Yenilənib Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.
Xatırladaq ki, 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyevin idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurmuşdu. Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olub. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət almışdılar.
***
Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin Virtualaz.org-a verdiyi məlumata görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.
Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.

Tehsil-press.az

Oxşar xəbərlər