Eldar Mahmudovun qurbanı Xədicə İsmayılova azadlıqda

Eldar Mahmudovun qurbanı Xədicə İsmayılova azadlıqda Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

Tehsil-press.az-ın məlumatına görə, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə X. İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub. Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.
Ali Məhkəmənin qərarı ilə Eldar Mahmudovun cinayətkar dəstəsinin daha bir qurbanı-jurnalist Xədicə ismayılova azadlığa buraxılıb. Ali Məhkəmə onun barəsində şərti azadlığa buraxılma haqda qərar çıxarıb.
Xatırladaq ki, Xədicə İsmayılova 2014-cü ilin dekabrında keçmiş milli təhlükəsizlik nazirinin tapşırığı ilə təşkil olunan təxribat nəticəsində həbs olunmuşdu. O vaxt jurnalistin həmkarı Tural Mustafayev bildirmişdi ki, guya X.İsmayılova qısqanclıqdan onu özünü öldürmə həddinə çatdırıb və bu səbəbdən də intihar etmək istəyib.
Amma E.Mahmudovun və dəstəsinin qeyri-peşəkarlığı burada da özünü göstərdi və iddiaçı elə ibtidai istintaq vaxtı dediklərindən imtina etdi.


Tehsil-press.az

Oxşar xəbərlər