Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər