Dövlət İmtahan Mərkəzi iyulun 5-də keçirilmiş imtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi iyulun 5-də keçirilmiş imtahanların nəticələrini açıqlayıb Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş imtahanların nəticələrini elan edib.
İmtahanların nəticələri iyulun 6-da Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 17928 abituriyentdən 3295-i imtahana gəlməyib. İmtahanda iştirak edən 14633 abituriyentdən 14-ü imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4886 abituriyentdən 1027-si imtahana gəlməyib.
Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.

DİM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər