Abituriyentlərə xəbərdarlıq

Abituriyentlərə xəbərdarlıq Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Tehsil-press.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək. Buna görə də onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.


Tehsil-press.az

Oxşar xəbərlər