ABŞ-dan Rusiyaya xəbərdarlıq - “Suriyaya hücum edəcəyik”

ABŞ-dan Rusiyaya xəbərdarlıq - “Suriyaya hücum edəcəyik” ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Rusiyanın təhlükəsizlik şurasının mətbuat katibi Nikolay Patruşevlə görüşündə Vaşinqtonun Suriya ərazisinə zərbə endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Buna səbəb Vaşinqtonun Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə edəcəyinə dair məlumatının olmasıdır.
İddiaya görə, kimyəvi silah ölkənin müxalif qüvvələrinə qarşı istifadə olunacaq. Bolton bildirib ki, bu baş verərsə, Vaşinqton Suriyada ciddi hərbi addımlara hazırdır.

Tehsil-press.az

Oxşar xəbərlər