
Mühafizəçi Viktor Kasado daha əvvəl verdiyi ifadəsini (Rza Zərrabdan rüşvət almamışam.-red.) dəyişdirərək Rza Zərrabdan müxtəlif vaxtlarda ümumilikdə 50 min dollar dəyərində rüşvət aldığını, bundan başqa Ronun saxlanıldığı Metropoliten Həbsxanasına spirtli içki, mobil telefon və müxtəlif vitamin həbləri keçirdiyini etiraf edib.
Nyu-Yorkun Cənub Bölgə Prokurorluğundan verilən məlumata görə, V.Kasado bütün bunları hakim qarşısında bildirib.
Xatırladaq ki, İran əsilli türkiyəli iş adamı Rza Zərrab dələduzluqda və qeyri-qanuni yollarla ölkədən külli miqdarda pul çıxarmaqda ittiham edilərək 2016-cı ilin mart ayında Mayamidə həbs edilib.
Tehsil-press.az