ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın azadlığa çıxdıqdan sonra Dubaya köçmək istədiyi barədə vəkilə göndərdiyi məktub ortaya çıxıb.4 gündür hakim qarşısında ifadə verən Zərrabın cinayət işi üzrə Türkiyədə paralel olaraq davam edən istintaq çərçivəsində 3 işçisi saxlanılıb.
Saxlanılan şəxslər ABŞ-dakı məhkəməyə gizli sənəd göndərməkdə ittiham edilirlər.
Polislərin axtarışları nəticəsində R.Zərraba aid məktub da tapılıb. İş adamı həbsxanadan göndərdiyi məktubda işçilərinə Dubaydakı vəkillə görüşməyi tapşırıb:
“Vəkilə de ki, Amerikada prokurorla əməkdaşlıq edib razılığa gəlsən, cəzam bitdikdən sonra Dubayda köçə bilərəmmi? Yaşamaq üçün icazə sənədlərini həll edə bilərmi?”, - deyə Zərrab yazıb.
Qeyd edək ki, R.Zərrab bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilir. 2 gün öncə Türkiyədə onun və 22 yaxın adamının əmlakına həbs qoyulması barədə qərar çıxarılmışdı.
Tehsil-press.az














