“İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda seminara başlanılıb

“İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda seminara başlanılıb Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində seminara başlanılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin region filiallarının bir qrup müəllim və professorları üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda keçirilən seminar 36 akademik saatdan ibarətdir.
Seminarın keçirilməsinin məqsədi dövlət təhsil standartlarının reallaşdırılması çərçivəsində xüsusi ehtiyacları olan şagirdlərin təliminin təşkili istiqamətində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyələrini artırmağa xidmət edəcək peşəkar kadrların potensialının gücləndirilməsidir.
Seminar Heydər Əliyev Fondunun “Regionların İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılır.
Proqram inklüziv təhsil nədir, inklüziv təhsilin hüquqi bazası, sağlamlıq imkanları məhdud olan uşaqların xüsusiyyətləri, psixofizioloji inkişafı, inklüziv sinifdə pedaqoq və digər mövzuları əhatə edir.

Hikmət Əliyev

Oxşar xəbərlər