Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda valideynlər üçün seminar təşkil olunub

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda valideynlər üçün seminar təşkil olunub Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) Suraxanı rayonundakı 232 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri üçün seminar təşkil edilib.
Seminarda iştirakçılarla “Uşağa münasibətin təkamülü”, “Uşaqla səmərəli ünsiyyət və əməkdaşlıq yolları”, “Pozitiv davranış vərdişlərinin formalaşdırılması” mövzularında söhbət aparılıb. Həmçinin modelləşdirmə, rollu oyunlar, diskussiya təşkil olunub.
Tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yer alan “Səriştəli valideyn” proqramının reallaşdırılmasına töhfədir.

Təhsil-press.az

Oxşar xəbərlər