Yeddi minlik ziyarət... - Video

Yeddi minlik ziyarət... - Video Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların son qrupları Bakıya qayıdıb.
Onları Heydər Əliyev Aeroportunda yaxınları qarşılayıb. Hacılar səhhətlərinin yaxşı olduğunu, ziyarət zamanı ciddi çətinliklə qarşılaşmadıqlarını bildiriblər.
Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.



Tehsil-press.az

Oxşar xəbərlər