Prezidentdən ŞOK AÇIQLAMA: Meksika müflis vəziyyətdədir

Prezidentdən ŞOK AÇIQLAMA: Meksika müflis vəziyyətdədir Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib.
O, bu səbəbdən əhalinin bütün tələblərini yerinə yetirməyin mümkün olmayacağını vurğulayıb.
Ancaq bununla belə, Meksikanın yeni prezidenti seçki kampaniyası zamanı verdikləri bütün vədlərə əməl edəcəklərini söyləyib.
Qeyd edək ki, A.Obrador seçki kampaniyası çərçivəsində təqaüdləri və gənclərə sosial yardımları artırmaq, elektrik enerjisi və benzinin qiymətlərini hazırkı səviyyədə saxlamaq, idarəetmə aparatının isə məsrəflərini ixtisar etmək vədləri vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər