132-134 saylı məktəbdən səs yazısı YAYILDI : "60 azn-dən pul yığılsın"

132-134 saylı məktəbdən səs yazısı YAYILDI : Bu günlərdə Səbail rayonu 132-134 nömrəli tam orta məktəbin 9B sinfində Valideyn komitəsi qrupunda yayılan səs yazısı narazılığa səbəb olub.

Səs yazısında qeyd edilib ki, müəllim yeni tədris ilində hər bir şagirdə pəncərə önünə qoyulmağa bir dibçək gətirilməsini deyib. Dibçəyin birini müəllimin özü alıb.

Valideynlərin bəziləri bildirib ki, məktəb sinfi heç nə ilə təmin etmir. Tələb olunur ki, hər ay fond pulu yığılsın. Hər ay nə isə tapşırılan zaman həmin puldan xərclənsin. İkinci məsələ “5 oktyabr Müəllimlər günü” ilə bağlıdır.

Buraxılış sinfi olaraq tələb edilib ki, hər bir valideynin iştirakı mütləqdir. Ən azı 2 bayrama tam şəkildə pul yığılıb. Valideynlərin sözlərinə görə, hər il 15-16 nəfər valideyn pul yığımında iştirak edib. Bu il isə, bütün sinfin valideynləri övladlarının attestat qiymətlərinin yaxşı olması üçün qoşulublar.

Direktor xəbərdarlıq edib ki, iştirak etməyənlər bu il mütləq qoşulmalıdır. Təxminən 60 manata yaxın pulun yığılması tələb olunub. Onun 54 manatı fənn müəllimləri adından, yerdə qalanı isə sinfin artıq xərclərinə sərf olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər