
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Maçıqlamasında bildirib ki, vətəndaşların şəhadətləndirilməsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən həyata keçirilir:
“Hərbi xidmətə ilkin qeydiyyat və ya çağırış zamanı müvəqqəti yararsız sayılan vətəndaş tibbi müayinədən imtina edərsə və ya yayınarsa, o, yenidən müayinə olunmalıdır. Əgər təkrar müayinədə sağlamlığında problem aşkarlanmazsa və hərbi xidmətə mane olacaq xəsarət və ya xəstəlik əlaməti olmazsa, həmin şəxs sıradankənar hərbi xidmətə yararlı sayılır. Sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar üzən heyətlər, dəniz piyadası istisna olmaqla, digər qoşun növlərində hərbi xidmət keçməyə yararlıdırlar. Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər”.
Tehsil-press.az