BDU-da Cəbrayıl Şəhəri Günü qeyd olunub

BDU-da Cəbrayıl Şəhəri Günü qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və fədakarlıq göstərib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı bahasına azad edilib. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilib.

Dekan müavini Cəbrayıl rayonunun həm tarixi, həm də strateji baxımdan Azərbaycan üçün böyük önəm daşıdığını qeyd edib, bu bölgənin azad olunmasının müharibənin sonrakı gedişində mühüm dönüş nöqtəsi olduğunu xatırladıb. O, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, qazilərimizin isə daim gənc nəslin qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində tələbələrin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar ifa olunub. Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər