Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur.
Bununla bağlı BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.
Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışıb.
Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Tehsil-press.az
- Baxış: 5361
Xəbərin tarixi: 20.09.2018 / 14:55
-
Oxşar xəbərlər