Görkəmli alim Zərifə xanım Əliyevanın nurlu xatirəsi ürəklərdə daim yaşayacaq

Görkəmli alim Zərifə xanım Əliyevanın nurlu xatirəsi ürəklərdə daim yaşayacaq Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilən “Ana – müqəddəslik zirvəsi” mövzusunda tədbir keçirilib.
Mərkəzin rəhbəri Lalə Qəti akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından danışıb, onun nurlu xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Sonra “Böyük insan, unudulmaz alim” mövzusunda məruzə dinlənilib, görkəmli alim Zərifə xanım Əliyevaya həsr olunan film nümayiş etdirilib.
Bəstəkar Sevinc Tofiqqızının Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi və mərkəzin gənc vokalçılarının ifa etdikləri “Getmə, ana!” (“Mama, ne uxodi!”) mahnısının klipinə baxış olub.
Tədbirin bədii hissəsi akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş “Ana – müqəddəslik zirvəsi” mövzusunda sərginin nümayişi ilə başlanıb. Bədii qiraətçilər görkəmli alim Zərifə xanım Əliyevaya həsr edilmiş şeirlər söyləyib, gənc vokalçılar isə ana haqqında mahnılar səsləndiriblər.
Sonda “Ana” mövzusunda ən maraqlı və orijinal rəsm əsərləri çəkən gənc rəssamlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Tehsil-press.az

Görkəmli alim Zərifə xanım Əliyevanın nurlu xatirəsi ürəklərdə daim yaşayacaq

Oxşar xəbərlər