Horadiz şəhərində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.
İH-dən tehsil-press.az-a daxil olan xəbərə görə, tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun səhiyyə işçiləri, ictimai fəallar, ziyalılar iştirak etmişdir.
Icra başçısı Alı Alıyev çıxışında Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat verib.Qeyd edib ki, Zərifə Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər. Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx nümayiş olunmuş, konsert proqramı təşkil edilib.
Tehsil-press.az