43 il sonra “İraq gözəli” seçilən qız avtomobilində güllələndi

43 il sonra “İraq gözəli” seçilən qız avtomobilində güllələndi 1972-ci ildən sonra ilk dəfə 2015-ci ildə İraqda gözəllik kraliçası seçilən Tara Fares Bağdadda avtomobilində qətlə yetirilib.
Bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib: “Tara Faresin cəsədi şeyx Zeyd xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən”.
İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.
Qeyd edək ki, 2015-ci ildə “İraq gözəli” seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb. O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur.

Tehsil-press.az

Oxşar xəbərlər